Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN ABŞ-dakı iğtişaşlarda Moskvanın əlinin olması barədə ittihamlara cavab verib

“ABŞ-ın sabiq Prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri olmuş Syuzan Raysın Moskvanın ABŞ-dakı iğtişaşlarda əlinin olması ilə bağlı bəyanatı çirkin informasiya manipulyasiyasıdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bir vaxtlar Raysın partiya yoldaşları "Rusiyanı hər şeydə ittiham etmək kimi axmaq bir konsepsiya" icad edərək ölümcül səhvə yol verdilər. Siz bu gün bu səhvi təkrarlamağa çalışırsınız, CNN jurnalisti ilə birlikdə çirkli məlumat manipulyasiyası metodlarına müraciət edirsiniz: onları dəstəkləmək üçün saxta ifadələr və sıfır faktlar. Sizin CNN-ə müsahibəniz təbliğatdır", - deyə Zaxarova öz Facebook səhifəsində yazıb.

Qeyd edək ki, Syuzan Rays ABŞ-da polisin qaradərili Corc Floydu öldürməsindən sonra baş verən iğtişaşlarda Rusiyanın əlinin olduğunu bildirib.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »