Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da baş verən qarışıqlıqlarda Çinin də rolu ola bilər

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp 46 yaşlı afroamerikalı Corc Floydun polis zorkılığı nəticəsində öldürülməsinə qarşı keçirilən kütləvi etiraz aksiyalarının yatırılması üçün qubernatorları və merləri Milli Qvardiyanı cəlb etməyə çağırıb.Bu ölkədə vəziyyətin ciddiyyətinin qorunub saxlanılması deməkdir.

Hadisələri şərh edən ABŞ-ın eks-prezidenti Barak Obamanın keçmiş müşaviri Süzan Rays bildirib ki, hazırda ABŞ-da hökm sürən etiraz aksiyaları və iğtişaşların araxasında Rusiya dayanır. Bir çox ekspertlər bu hadisələri Amerikada afroamerikan baharının başlanğıcı kimi dəyərləndirirlər.

Çoxsaylı audit tədqiqatları ABŞ-ın əmək bazarında irqi ayrıseçkiliklə bağlı ciddi sübutlar aşkar etmişlər. Belə ki, tədqiqatlar zamanı işəgötürənlərin ağdərili iş axtaranlara üstünlük vermə dərəcəsi 50% ilə 240% arasında dəyişib. Digər tədqiqatlar zamanı avtomobil bazarında, mənzil sığortası, tibbi xidmət və taksi xidmətindən istifadə məsələlərində irqi ayrıseçkiliklə bağlı əhəmiyyətli sübutlar aşkar edilmişdi.

Politoloq Zaur Məmmədov Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, bu günlərdə ABŞ-da baş verən etiraz aksiyalarında Rusiya izi axtarmaq məntiqə uyğun deyil. Əslində bu Çinin də intiqam planı ola bilərdi.

Zaur Məmmədov Zaur Məmmədov

“ABŞ-da afroamerikanlara qarşı qəddarlıq aktları, ayrıseçkilik tez-tez baş verir. XX əsrin 60-cı illərində qaradərililərə bu ölkədə seçki hüququ verilib. 1964-cü ildə ayrıseçkilik yaradan bütün qanunlar ləğv olundu.Baxmayaraq ki, Avropada , Asiyada o cümlədən Azərbaycanda bütün etnik qruplara seçmək seçilmək imkanı hələ əsrin əvvəllərində verildiyi halda Amerikada bu müşahidə olunmurdu.Lakin Qərb parodoksları ilə seçilir. XX əsrin ortalarından etibarən Qərdbdə sürətlənən insan azadlıqların və ABŞ-da Obamanın hakimiyyətə gəlməsinin şahidi olduq. Bu o deməkdir ki, Amerika ayrıseçkilik yoxdur mesajını vermiş oldu.

Son baş verənlər göstərir ki, ABŞ ştatlarında hakimiyyətə qarşı ayaqlanmalar var. Bunun Rusiya ilə nə dərəcədə əlaqəli olub-olmasını demək çətindir. Hər bir halda güclü etirazlar var. Bunların arxasında kimin dayanması sual altındadır.

Qarşıdan seçkilər gəlir və ən böyük mübarizə Corc Baydenlə Tramp arasında olacaq.Trampın hakimiyyətdə olması Rusiyanın daha çox marağındadır. Baş verən son hadisələr Trampın reytinqini artırmır. Tram onsuz da ayrı -ayrı konfensiyalara qarşı daha çox dözümsüzlyü ilə seçilir. Bu mənada Rusiyanın Trampa daha çox təhlükə vuracaq addım atması ağlabatan görünmür. Məncə, bu məsələdə Çin amili də nəzərə alınmalıdır”,- deyə politoloq vurğulayıb.

Rusiyanın Beynəlxalq Məsələlər üzrə Komitəsinin sədri Konstantin Kosaçev Rusiyanın Amerikada baş verənlərlə əlaqəsi barədə xəbərin sifarişlə yazıldığını bildirib.Onun sözlərinə görə, bu inforasiya ABŞ-ın antirusiya kampaniyasının bir hissəsi ola bilər.

“Bu baş tutdu.Amerika feyk xəbərlər maşını həmişəki ampuluasındadır. Bu kimi informasiya Rusiyanın ünvanına bir başa təhqirdir. Həm də yalnız bu işdə heç bir rolu, əlaqəsi olmayan Rusiyanın deyil, həmçinin Corc Floydun xatirəsinə edilən həqarətdir”,- deyə o bildirib.

Çin isə hələlik susur.Lal sular daha təhlükəli olur.

İlhamə Rəsulova

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
Son xəbərlər
Bütün xəbərlər »