Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “2 ilə ölkədə ağlagəlməz iqtisadi artım yaratmaq olar”

“Ölkədə ağlagəlməz iqtisadi artım yaratmaq üçün maksimum 2 il vaxt lazımdır. Cəmi 2 ilə ölkə məhsulla aşıb-daşar, bircə nəfər işsiz qalmaz, büdcə 2 dəfə artar, dövlət bəzi sosial öhdəliklərdən azad olar, məsələn, ünvanlı sosial yardım və s. Bunları etmək üçün gömrük rüsumları normala qaytarılmalı, vergilər 2 dəfə aşağı salınmalı, bürokratik əngəllər yığışdırılmalıdır”.

Bu fikirləri Bizimyol.info-ya verdiyi açıqlamada iqtisadçı ekspert Elçin Bayramlı səsləndirib. Ekspertin fikrinə görə, indi kənd təsərrüfatına diqqətin artırılmasının əsl vaxtıdır.

Elçin Bayramlı Elçin Bayramlı

“Neft zibilə dönüb - hələ uzun müddət qiyməti aşağı qalacaq. Ölkədə GMO əlindən yer yoxdur, açıq-aşkar əkilir, satılır idxal olunur və beləcə, yerli təbii məhsullar məhv edilir və idxaldan asılı qalırıq. Ölkədə satılan ərzaq məshulunun 70 faizi idxaldır. Bir neçə sadə tədbirlə vəziyyəti 180 dərəcə dəyişmək olar. Monopolya ləğv edilər, bazar və yarmarkaralar alverçilərin işğalından azad edilib kəndlilərə verilər, qəsdən yaradılan su problemi yoluna qoyular. Aqrar sektor Azərbaycanda ən çox potensialı, ən yüksək perspektivi olan sahədir. Bu potensialdan düzgün istifadə edə bilsək, hətta neft sektoru belə onun yanında kölgədə qalar".

Hazırki vəziyyətdə bizim aqrar sektorun xaotik vəziyyətdə olduğunu düşünən Elçin Bayramlının dediyinə görə, çoxsaylı faktlar onu göstərir ki, planlaşdırılmış təsərrüfat sisteminin analoqu yoxdur. “Bu halda kənd təsərrüfatı əkinləri optimal tənzimlənər və bütün məhsullar tələb olunacaq həddə istehsal olunar. Bundan əlavə, elektron sistem vasitəsilə xarici bazarlar araşdırıla bilər və bizdə tələbatdan artıq istehsal olunmuş məhsulların ixrac edilməsinə köməklik göstərilə bilər. Ümumiyyətlə, fikrimcə, dövlət bütün gücünü aqrar sektora verməlidir, çünki bu sahə kənd təsərrüfatı ilə yanaşı, həm də yüngül sənaye (qeyri-ərzqaq) və aqrar sənaye (ərzaq üzrə) böyük bir istehsal zənciri yarada bilər. Ölkənin potensialından istifadə olunar, işsizlik aradan qalxar, paytaxta cəmlənmiş əhalinin müəyyən hissəsi regionlara qayıdar, ÜDM artar, büdcəyə ödənişlər çoxalar, idxaldan asılılıq azalar, ixrac imkanları genişlənər. Beləliklə, tarazlı və davamlı inkişaf prosesi gedər”.

Aqrar sektorun inkişafı üçün Belarus modelini təklif edən ekspertin fikrincə, burada innovasiyaların tətbiqi əlbəttə lazımdır, lakin bir şərtlə ki, təbii metodlardan istifadə olunsun, artlq məhsul naminə GMO texnologiyalarından və zərərli kimyəvi dərmanlardan istifadə olunmasın: “Belarus sistemi dünyada ən effektiv aqrar sistemdir. Tam keyfiyyətli, zərərsiz aqrar məhsulların ixracından yaxşı gəlir əldə edir. Dövlət aqrar sektora güzəştli kreditlər və subsidiyaları artırmalı, fermerlərlə növlər üzrə məhsul istehsalının tənzimləməsi üçün koordinasiyalı işləməlidir. İstehsal olunan məhsulları dövlət almalı və özü bazara buraxmalıdır. Bazarlar alverçi mafiyasından təmizlənməli, məhsul istehsal edən kəndlilər bazar və yarmarkalara manesəiz giriş imkanı ilə təmin edilməlidir”.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »