Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da baş verən iğtişaşlarda Rusiya ittiham edilir: Qərbdə Afroamerika inqilabı

ABŞ-ın eks-prezidenti Barak Obamanın keçmiş müşaviri Süzan Rays bildirib ki, hazırda ABŞ-da hökm sürən etiraz aksiyaları və iğtişaşların araxasında Rusiya dayanır.

Bizimyol.info bu barədə Fox News-a istinadən məlumat verir. O qeyd edib ki, aksiyalarda dinc sakinlərlə yanaşı, ekstremist qüvvələr də iştirak edirlər və hadisələrin axınını tamamilə başqa məcraya yönəltməyə çalışırlar.

“Bu axın öz mənbəyini Rusiyadan alır.Rusiya sosial şəbəkələr vasitəsilə və ya hansısa başqa bir şəkidə etirazçıları qızışdıra və fərqli şəkildə təlimatlandıra bilər.Bu barədə faktlara söykənərək danışmıram, bu mənim şəxsi təcrübəmdən irəli gələn ehtimaldır”,- deyə o bildirib.

Qeyd edək ki, mayın 25-də Minneapolis polisləri Corc Floyd adlı afroamerikalını saxlayarkən ona qarşı kobudluq ediblər. Dizi ilə saxlanılan şəxsin boynuna basan polis Floydun “boğuluram” deməsinə baxmayaraq, təzyiqlərə davam edib və Floyd bu hadisə nəticəsində boğularaq ölüb. Bu hadisə ABŞ-da güclü etirazlara və qarışıqlığa səbəb olub.Türkiyəli politoloq Hasan Oktay Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, on illərlə islam dünyasını ərəb baharı adı altında qana boğan Amerikanın indi savaş öz qapısında başlayıb.

ABŞ-da etirazlar böyüyür: Marketləri soyurlar - Video

“Ərəb baharı bəhanəsilə Yaxın Şərqdə bir çox ölkəni qana bulayan, işğal edən, çökdürüb məhv edən ABŞ indi özü Afroamerikan baharı ilə üz -üzə qalıb.16 əyalətdə 25 şəhərdə küçəyə çıxma yasağı elan edilib.Polis sakinlərin etirazlarına və soyğunçuluğuna qarşı çıxmaqda aciz qalıb.ABŞ ilk dəfə öz torpaqlarında bu qədər böyük bir üsyan dalğası ilə üzləşir. Pandemiya səbəbi ilə 40 milyon nəfərin işsiz qaldığı, irq və sosial sinif fərqinin dərinləşdiyi bir zamanda Floydun ölümü protestlər üçün bəhanə oldu.Pentaqon əsgərlərini “hazır ol” vəziyyətində saxlayır.Vaşinqton daxil olmaqla 8 əyalətdə Milli Mühafizə hərbi birlikləri hazırlıq vəziyyətinə gətirilib.Daha bir zərbə isə Anonymous adlı haker qrupundan gəlib. Onlar yaydıqları video ilə hökuməti Floydu öldürən polisə qarşı ciddi tədbir görməyə çağırıb.Bu çağırışdan dərhal sonra Çikaqo polis radiosu çökdürülb. Donald Tramp sülhməramlı etirazçıların yanında olaraq ancaq bu anlarda küçələrdə yaşananların barış və sülhlə bir əlaqəsinin olmadığını deyib.O vətəndaşların heç bir fərq qoyulmadan qorunacağını vurğulayaraq, Anti-faşist Protesto Hərəkatının ( ANTİFA) terror təşkilatı elan ediləcəyini bildirib”.

Türkiyəli politoloqun dediyinə görə, hadisələr bu şiddətlə davam edərsə, ABŞ-da baş verənlərin sonu koronavirusun pandemiyaya çevrilməsi qədər gözlənilməz və qorxunc nəticələr verə bilər.

İlhamə Rəsulova

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Paşinyan Putini Yerevanda necə təhqir etdi
Son xəbərlər
Bütün xəbərlər »