Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daş karxanasında əkilən narkotik tərkibli bitkilər aşkarlanıb

Xaçmaz Rayon Polis Şöbəsinə rayon sakini, 27 yaşlı Mircavad Ağayevin rayon ərazisində çalışdığı daş karxanasının ərazisində narkotik maddələrin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Bizimyol.info xəbər verir ki, DİN mətbuat xidmətindən verilən məlumata görə, Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində M.Ağayev saxlanılıb və onun mühafizəçi kimi çalışdığı karxana ərazisinə keçirilən baxış zamanı oradan 41 ədəd xüsusi aqro-texniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı M.Ağayev çətənə kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Son xəbərlər
Bütün xəbərlər »