Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eldar Mahmudovun İngiltərədəki 200 milyon manatlıq varidatı istintaq olunur

Belə görünür ki, qudasından sonra sabiq nazirin də bu ölkədəki əmlaklarına həbs qoyulacaq

İngiltərə istintaqçıları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinin bu ölkənin ərazisində təxminən 100 milyon avro – 200 milyon manata yaxın biznes imperatorluğu qurduğunu ortaya çıxarıb. İstintaq Azərbaycanın keçmiş təhlükəsizlik rəhbərinin övladları tərəfindən “Harrods” yaxınlığında 17 milyon funt sterlinqlik bir ev, o cümlədən bir sıra lüks mülklər alındığını müəyyən edib. Bu haqda nüfuzlu “The Guardian” nəşri yazıb.

“2015-ci ildə prezidentin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Onun istefaya göndərilməsi ilə bağlı rəsmi açıqlama verilməyib.

İndi “Cayman National Bank” (Man Isle of Man) Ltd (CNBIOM) tərəfindən 2019-cu ilin noyabr ayında haqq edilmiş və sonradan onlayn olaraq yayımlanan müştəri sənədlərinə əsasən, Mahmudovun ailəsinin təxminən 100 milyon avroya yaxın dəyərində biznes və əmlak imperatorluğu qurduğunu göstərir” – deyə nəşrdə qeyd olunur.

Daha sonra “The Guardian” da qeyd olunur ki, aktivlərin demək olar ki, hamısı Eldar Mahmudovun oğlu Anar və qızı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər hesabına əldə edilib. Sənədlərdən aydın olur ki, 2016-cı ilin iyun ayında CNBIOM Mahmudova məxsus əlaqəli qurumlar haqqında daxili bir sənəd hazırlayıb. Növbəti ayda bank Man adasında Maliyyə Kəşfiyyat Birliyi 2008-ci ildən əldə edilən gəlirlərə görə açıqlama verib. 2014-cü ilin oktyabrından 2015-ci ilin iyulunadək Kayman adalarında yerləşən bankın Anar Mahmudovun “Britannia Group Ltd”nin hesablarına təxminən 14 milyon funt sterlinq dəyərində əmanət qoyduğunu qeyd edib. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (“Financial Uncovered and Transparency İnternational) üzrə çalışan jurnalistlər CNBIOM tərəfindən təsbit edilən “bağlı qurum”lardan istifadə edərək bacı-qardaşın əldə etdikləri əmlak arasında Puledə və Bornmutda 2 ofis blokunu müəyyənləşdirib. Onların dəyəri 13 milyon 500 min funt sterlinqdir. İstintaq, həmçinin Anar Mahmudovun Pont küçəsində, Naytbricdə 17 milyon 350 min funt sterlinqə satılan 4 mərtəbəli əmlakı oduğunu aşkar edib.

Xatırladaq ki, ötən il Anar Mahmudovun qayınanası Zamirə Hacıyevanın “Harrods” mağazasında 16 milyon funt sterlinqdən çox pul xərclədiyi məlum olmuşdu. Onun həyat yoldaşı, Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev mənimsəmə ittihamı ilə 2015-ci ildə tutuldu və 15 il müddətinə azadlıqdan məhrum olundu.

Cahangir Hacıyev ittiham edildikdən və Eldar Mahmudov işdən çıxarıldıqdan sonra CNBIOM Mahmudovla əlaqəli hesabları bağlayıb. “İndi tam şəffaflığın olması vacibdir və bu investisiyalar üçün sərvət mənbəyi araşdırılır”.

Bunu “Transparency International” beynəlxalq siyasət idarəsinin direktoru Dunkan Heym bildirib. Anar və Nərgiz Mahmudovların hüquqşünasları “Finance Uncovered”-ə bildiriblər ki, ailənin sərvəti XIX əsrdə bəxti gətirən əcdada – Aslan Aşurova gedib çıxır. Onların sözlərinə görə, bacı-qardaşın əmlaklarının hamısı lazımi qaydada qeydiyyata alınıb və Anar Mahmudovun öz biznesində uğurlu bir iş adamıdır.

Nəşr yazır ki, ortalığa çıxan sənədlərdə Anar Mahmudovun var-dövlətinin Bakıda neft və tikinti firması quran xalası Elmira Mahmudova hesabına əldə olunduğunu izah edən bir məktub da var. İstintaq müəyyən edib ki, Mahmudovlar Mayorka, Lüksemburq və Litvada da mülklərə və şirkətlərə sahibdirlər.

İstintaq davam edir. Belə görünür ki, İngiltərə hökuməti qudasının ardından Eldar Mahmudovun da bu ölkənin ərazisindəki əmlaklarına həbs qoyacaq. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »