Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo öldürülən afroamerikalının ailəsinə başsağlığı verdi

ABŞ-ın dövlət katibi Mayk Pompeo Minneapolisdə polis tərəfindən boğularaq öldürülən afroamerikalı Corc Floydun ailəsinə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, Pompeo polisin Corc Floyda qarşı hərəkətini “iyrənc” adlandırıb. Bununla yanaşı, o qeyd edib ki, hökumət münaqişəyə görə başlayan dinc aksiyaların şiddətli iğtişaşlara çevrilməsinin səbəbini aydınlaşdırmalıdır.

Xatırladaq ki, mayın 25-də afroamerikalı Corc Floydu saxlayan polis onu dizi ilə boğub. Floyd “Nəfəs ala bilmirəm” desə də, polis əməkdaşı buna əhəmiyyət verməyib. Nəticədə Corc reanimasiyada dünyasını dəyişib. Bu isə ABŞ-da irqi ayrı-seçkilik səbəbindən kütləvi etirazlara səbəb olub.

Son xəbərlər
Bütün xəbərlər »