Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin rəhbərliyi Vahid Əhmədovu tənqid etdi

“Çox təəssüf olsun ki, siz buradakı çıxışınızda həmkarlarınızı regionlara bölməyə cəhd etdiniz”.

Bunu Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədovun çıxışına cavab verərkən deyib.

Əli Hüseynli

Onun sözlərinə görə, zalda oturan deputatlar əlisilahlı döyüşən Elman Məmmədovdan tutmuş sözü ilə beynəlxalq təşkilatlarda mübarizə aparan Tural Gəncəliyevə qədər hər kəs özünü qarabağlı kimi hiss edir: “Hər kəs burada Qarabağın deputatıdır. Siz burada haqsız yerə Ali Baş Komandanın tapşırıqlarını şərəflə yerinə yetirən, Aprel zəfərimizdə xüsusi xidmətləri olan Müdafiə nazirini və Nazirliyin fəaliyyətini şübhə altına qoymağa cəhd etmisiniz. Bu baxımdan birmənalı olaraq bildirirəm, nəinki Yeni Azərbaycan Partiyasının üzvü olan deputatlar, bitərəflər və digər siyasi partiyaların üzvləri də bu mövqedədirlər ki, biz hansısa şəxsi maraqlarımız naminə ümumdövlət, Dağlıq Qarabağ məsələsi və müdafiə kimi məsələlərdə heç zaman başqa mövqe tutmalı deyilik”.

Spiker Sahibə Qafarova da çıxış edərək bildirib ki, Əli Hüseynlinin fikri ilə onun və müavinlərinin fikri eynidir. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »