Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN kafelər və “mall”larla bağlı məsələyə aydınlıq gətirdi

Azərbaycanda karantin rejiminin yumşaldılması qaydalarının bu gündən deyil, sabahdan tətbiq ediləcəyi haqda məlumat yayılıb.

Polis əməkdaşlarının bu gün ölkə ərazisində obyektlərə baş çəkərək qaydaların sabahdan qüvvədə olacağı haqda xəbərdarlıq etdiyi bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya bildirib ki, Operativ Qərargahın elan etdiyi qaydalar bu gündən qüvvəyə minir:

Ehsan Zahidov Ehsan Zahidov

"Artıq kafe və restoranlar bu gün saat 22:00-dək fəaliyyət göstərə bilərlər".

Maraqlıdır ki, "Mall"lara da bu gündən icazə verilsə də, bəziləri sabahdan fəaliyyətə başlayacaqlarını açıqlayıblar.

Operativ Qərargahın açıqladığı qərarda kafe-restoranların saat 22-dək işləməsi, ticarət mərkəzlərinin açılması 31 may saat 00:00-dan etibarən olacağı qeyd olunmuşdu.

Paylaş »
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: “Rusiya köməyə gələcək...”
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »