Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniyada koronavirusa yoluxanların sayı 240 minə çatır

İspaniyada koronavirusa yoluxanların sayı gün ərzində 271 nəfər artıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, Madriddə xəstəliyə yeni 95 yoluxma aşkarlanıb, Kataloniyada bu rəqəm 88 təşkil edib.

Bildirilir ki, ölkədə koronavirus xəstələrinin ümumi sayı 239 228 nəfər təşkil edir.

Son yeddi gün ərzində virusdan 43 pasiyent ölüb. Bununla da İspaniyada pandemiya qurbanlarının ümumi sayı 27 125 nəfərə çatıb.

Son xəbərlər
Bütün xəbərlər »