Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəri xərçənginin ilkin əlamətləri açıqlandı

Dəri üzərində xal olmasa belə melanoma inkişaf edə bilər.

“İzvestiya”nın məlumatına görə, RF Səhiyyə Nazirliyinin baş onkoloqu, REA-nın akademiki Andrey Kaprin özünün “İnstagram” hesabında bu barədə yazıb.

O, həmçinin onkoloji xəstəliyi hansı əlamətlərinə görə təyin etməyin yollarını da göstərib.

Həkimin sözlərinə görə, bədənin üzərində yeni xalların yaranmasına (xüsusən də, qocalıqda) diqqətlə yanaşmaq lazımdır. Melanomanın inkişafını xalın rənginin və ya formasının dəyişməsi, yaxud da həddən artıq sürətli böyüməsi göstərə bilər.

Həmçinin xalın qaşınması və ya qanaması da pis əlamətdir.

Bu dəyişikliyin dəqiq səbəblərini müəyyən etmək üçün Kaprin həkimə müraciət etməyi və dermatoskopik müayinədən keçməyi məsləhət görüb.(oxu.az)

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »