Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Davanı sakitləşdirməyə çalışan direktor bıçaqlanıb

Bərdədə “Azərtoxum” MMC-nin direktorunu bıçaqlayıblar.

Bizimyol.info xəbər verir ki,  hadisə rayonun Şərifli kəndində qeydə alınıb. Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb.

O.Fərəcbəyli M.Qasımova 3 bıçaq zərbəsi vurub.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Hadisəni törədən Orxan Fərəcbəyli qaçmağa cəhd etsə də rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

“Azərtoxum” MMC-nin bıçaqlanan direktoru Məzahir Qasımovun vəziyyəti normaldır, hazırda Bərdə Rayon Xəstəxanasında tibbi yardım alır.

Xəstəxanadan Trend-ə məlumat verən Məzahir Qasımov bildirib ki, hadisə kiçik münaqişə zəminində baş verib, dava edən şəxsləri ayırmaq istəyən zaman bıçaqlanıb:

“Hazırda xəstəxanadayam, vəziyyətim normaldır, kiçik bir məsələdir, narahatlığa əsas yoxdur”.

Paylaş »
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› MN: Düşmənə dəqiq zərbələr endirilib - Video
››› Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
››› Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı
Son xəbərlər
Bütün xəbərlər »