Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da son bir gündə COVID-19-a 24,2 min yoluxma qeydə alındı

ABŞ-da son bir gün ərzində koronavirusa 24 mindən çox yoluxma qeydə alınıb, demək olar, 1,2 min insan ölüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-da federal və yerli hakimiyyətin məlumatları, həmçinin KİV və başqa mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata görə, ABŞ-da ötən gün ərzində virusa 24 266 yoluxma qeydə alınıb.

Son 24 saat ərzində Birləşmiş Ştatlarda 1 193 nəfər koronavirusun qurbanı olub.

Universitet bildirib ki, ABŞ-da COVID-19-a ümumilikdə 1 747 087 yoluxma təsdiqlənib, ölkədə koronavirusdan 102 836 ölüm qeydə alınıb.

Qeyd edilir ki, virusa yoluxmuş 400 mindən çox insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »