Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Etirazçılar ABŞ-ı alova bürüdülər, Ağ Ev-ə hücum cəhdi baş verdi - Video
Qaradərili Amerika vətəndaşı Corc Floyd polis zorakılığının qurbanı olandan sonra ABŞ-da başlayan etirazlar getdikcə böyüyür.

Bizimyol.info xəbər verir ki, iğtitşaşlara çevrilən aksiyalar artıq bütün ölkəni bürüyüb. Qaradərili amrikalılara qarşı qeyri-insani davranışa son qoyulmasını tələb edən Afro-Amerikalılar ABŞ boyunca etirazlara qalxıblar.

Xatırladaq ki, Corc Floyd mayın 25-də polis zabiti Derek Şovin tərəfindən zorakılığa məruz qalaraq həyatını itirib. O guya saxta 20-lik əskinasdan istifadə etməyə cəhd göstərib. Amma sonradan ona qarşı ittihamlar təsdiqini tapmayıb. Floydu tanıyanlar onu "mədəni yekəpər" adlandırırmışlar. Polis dizi ilə Floydu boğarkən o, güclə səsini çıxarıb "nəfəs ala bilmirəm" deyib. İndi bu sözlər etirazçıların şüarına çevrilib.

Dərhal sonra hadisə ilə əlaqəsi olan bütün polis əməkdaşları işdən azad ediliblər. Amma daha sərt cəza tələb edən qaradərili əhali etirazlara başlayıblar. Cümə günü Derek Şovin həbs edilsə də, etirazlar böyüməkdə davam edib və bütün ölkəni bürüyüb. Etirazçılar bütün obyektlərə, o cümlədən ticarət mərkəzlərinə hücum edir və yandırırlar.

Hətta Ağ Ev-ə də hücum cəhdi olub, etirazçılar maneələri dağıdıb keçməyə cəhd göstəriblər və dərhal prezident Donald Tramp da orada olmaqla Ağ Ev təhlükəsizlik qüvvələri tərəfindən blokadaya alınıb.

Son xəbərlər
Bütün xəbərlər »