Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb

Gürcüstanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyətin və karantin rejiminin ləğvindən sonra koronavirusa yoluxma halları yenidən artıb. Son 24 saat ərzində 11 nəfərdə koronavirus aşkar edilib.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, hazırda ölkədə COVID-19 virusuna yoluxanların sayı 757 nəfərdir. Son sutka ərzində koronavirusdan 24 nəfər sağalaraq evə buraxılıb. Bu günədək virusdan sağalanların sayı 600 nəfərə çatıb. Gürcüstanda 12 nəfər koronavirusun qurbanı olub. Hazırda 2966 nəfər karantin, 250 nəfər isə stasionar rejimdə saxlanılır.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
››› “Bayraktar” PUA-sının yaradıcısından Azərbaycana dəstək
Son xəbərlər
Bütün xəbərlər »