Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testindən keçəcəklər

Laqodexi sərhəd keçid məntəqəsi vasitəsi ilə Azərbaycandan Gürcüstana gedən yük maşını sürücüləri koronavirus testi ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Kaxetiya departamentinin rəhbəri Neli Xizanişvili bildirib. Onun sözlərinə görə, sərhəd keçid məntəqəsinə gələn bütün yük maşını sürücüləri sürətli koronavirus testindən keçiriləcək. Bildirib ki, testin cavabı təxminən 90 dəqiqə ərzində bilinəcək, cavab mənfi olduqda sürücülər hərəkətə davam edə biləcəklər. Müsbət cavab alınan sürücülər isə xəstəxanaya yerləşdiriləcək.

Departament rəhbəri qeyd edib ki, Laqodexi gömrük keçid məntəqəsinin dörd işçisi testlərin aparılması ilə bağlı təlim keçiblər və onlar artıq fəaliyyətlərinə başlayıblar.

“Artıq ötən gün sərhəd keçid məntəqəsində 87 nümunə götürülüb və analiz üçün Luqar labaratoriyasına göndərilib. Analizlərin cavabı mənfi olub”,- deyə N. Xizanişvili bildirib.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ərdoğanın maaşı nə qədər olacaq...
››› “Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »