Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya üzrə hərbi xərclər pandemiyaya görə azalacaq

2020-2021-ci illərdə dünyada silah alışı koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklər fonunda azalacaq.

“Report” xəbər verir ki, bunu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) direktoru Den Smit bəyan edib.

“2019-cu ildə qlobal hərbi xərclər 1,9 trilyon ABŞ dollarına qədər artıb. Bu, dünyada ən böyük illik artım idi. 2020-2021-ci illərdə hərbi xərclərin azalacağı gözlənilir. Azalmanın nə qədər olacağını indidən proqnozlaşdırmaq çətindir.

Ancaq hesab edirəm ki, bu təkcə pandemiyanın səbəb olduğu iqtisadi böhranla əlaqəli deyil, həm də hökumətlərin uzunmüddətli sosial və siyasi seçimlərindən də asılı olacaq.

Pandemiya ölkələrin böhran vəziyyətində birgə əməkdaşlıq edə biləcəyini göstərdi, böhran öz növbəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə təkan verməlidir”, o bildirib.

Qeyd edək ki, 2019-cu ildə qlobal hərbi xərclər 1,917 trilyon ABŞ dollarına qədər artıb.

ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanı dünyada ən böyük hərbi xərcləri olan ölkələrin “ilk beşliy”inə daxil olub. Onlar payına qlobal hərbi xərclərin 62%-i düşür. İlk dəfə iki Asiya ölkəsi ən böyük hərbi xərclərə görə TOP-3 üzvü olub.

2019-cu ildə dünyanın hərbi xərcləri qlobal ümumi daxili məhsulun (ÜDM) 2,2%-ni və ya adambaşına 249 ABŞ dolları təşkil edib.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »