Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İspaniya “La Liga”sı derbi ilə bərpa olunacaq

Avropanın böyük ölkələri bir-birinin ardınca milli futbol çempionatlarını bərpa edir. Sıraya İspaniya da qoşulur.

Bizimyol.info xəbər verir ki, “La Liga”da mübarizə iyunun 11-də bərpa olunacaq. Həmin gün derbi baş tutacaq, “Sevilya” öz meydanında “Betis”lə qarşılaşacaq. Hər iki klub Betis şəhərini təmsil edir.

Çempionatın başa çatmasına cəmi 11 tur qalıb. İspaniya Futbol Federasiyası birinciliyi iyulun 19-da bitirməyi planlaşdırır.

27 turdan sonra turnir cədvəlinə 58 xalla “Barselona” başçılıq edir. “Real”ın 56 xalı var. Üçüncü pillədə 47 xalla “Sevilya” qərarlaşıb.

27-ci tur martın 10-da başa çatmışdı. Həmin gün “Eybar” öz meydanında “Real Sosyedad”a 1:2 hesabıyla məğlub olmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »