Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko qadının Belarus prezidenti olmasını istəmir

Aleksandr Lukaşenko 1994-cü ilin iyulundan Belarusa rəhbərlik edir. Postsovet ölkəsinin prezidenti postunu tərk etməyi düşünmür. O, avqustdakı növbəti seçkilərdə də iştirak edəcək.

Bizimyol.info xəbər verir ki, postu tərk etməyi düşünməyən Lukaşenko Belarusun növbəti prezidentinin kimliyi haqda danışıb. O, ən vacib kürsünü qadına həvalə etməyin məntiqsizliyindən söz açıb.

“Bizim konstitusiya qadına uyğun deyil. Bizim cəmiyyət də qadına səs verəcək qədər inkişaf etməyib. Konstitusiyaya görə, prezident güclü hakimiyyətə malikdir”, - Lukaşenko fikrini belə ifadə edib.

Lukaşenko deyib ki, Belarus Litva deyil. Prezident bununla Baltikyanı ölkəyə 10 il qadının – Dalya Qribauskaytenin başçılıq etməsinə eyham vurub: “Gəldi, gülümsədi, əyləşdi və getdi”.

Qribaiskayte 2009-2019-cu illərdə Litvaya rəhbərlik etmişdi.

Lukaşenko deyib ki, onun yerinə məhz kişi siyasətçinin gələcəyinə əmindir.

Son xəbərlər
Bütün xəbərlər »