Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruhi xəstəxanadan qandonduran görüntülər - FOTOLAR
Fotoqraf George Georgionun 1999-2002-ci illər aralığında Serbiya və Kosovadakı ruhi-əsəb xəstəxanalarında çəkdiyi qan donduran kadrlar...

Bu fotolar fotoları müharibənin insan üzərindəki qorxunc təsirini bir daha göz önünə gətirir. Georgenin fotolarını və onlara yazdığı şərhləri təqdim edirik:

"Bu ağıl xəstələrini ilk ziyarətim zamanı onların vəziyyətinin ictimaiyyətdən gizləndiyini öyrənmişdim. Serblərin bu fotoları ilk gördüklərində keçirdikləri şok və kədəri hələ də xatırlayıram".

"Miloşeviç rejimi dövründə ölkədə demək olar ki, pul qalmamışdı. Hər yerdə insanlar xəstəlikdən məhv olur, tibbi müalicəyə ehtiyacı olan insanlar ağır şərtlərdə yaşayırdı".

"Öz maliyyə problemləri içində yaşamaq uğrunda mübarizə aparan xalq onlar kimi kasım olan dövlətdən yardım ala bilmir və beləcə davam edən pisliklər zinciri nəticəsində hər kəs bərbad həyata məhkum edilirdi".

"Bu xəstəxanaların ən pis tərəfi işçilərin hamısının maraqsız görünməsi və hərəkətə keçərək bəzi şeyləri dəyişdirmək inanclarının tamamilə itməsidir".

"Burda olmaması vacib olan insanların sayının çoxluğu təəccüblü idi. Məsələn, bir avtomobil qəzasında ayaqlarını itirən və yetim qalan bir uşaq, daun sindromlu bir adam və hətta tək günahları bu xəstəxanada doğulmaq olan qaraçı uşaqları eyni yerdə qalmağa məhkrum edilib".

"Uzun illər bu amansızlıq şəraitində yaşayan "xəstələr"in az qala hamısı bir müddət sonra özünə zərər verməyə başlayırdı".

"2002-ci ildə həm bölgəni, həm də xəstəxananı yenidən ziyarət etdim. Bu dəfə gördüklərim məni az da olsa, rahatlatmışdı".

"Qeyri-Hökumət Təşkilatları və könüllülərin səyləri ilə kampaniya başlamış və xalq məlumatlandırılmışdı. Bunun sayəsində toplanan pullarla şərtlər bir az da yaxşılaşmışdı".

"Ancaq mənim fikrimcə, önəmli bir həqiqət var: Burda qalan "xəstə" insanlar çöldəki "sağlam" insanlara nisbətən daha sülhsevər həyat sürürdü".

"Bütün etnik qruplar öir toplum formalaşdırıraq yaxşı münasibət qurur, bir-birinə şəfqət göstərirdi. Bu köhnə divarların və acımasız şərtlərin yaratdığı ilk şokdan ayılanda öz-özünə irəliləyən sülhsevər bir mexanizmin şəhidi ola bilərsiniz".

"Sülh bu divarların xaricində olmayan bəlkə də tək şeydi".(qaynarinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »