Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyardlarla insan işini itirə bilər

hazırda yaşanan böhran bəşəriyyət üçün böyük sınaqdır. Az qala bütün ölkələrdə işsizlik problemi yaranıb.

Bizimyol.info xəbər verir ki, milyardlarla insan işini itirə bilər. “Boston Consulting Group”un tədqiqatı yalnız bədbin düşüncələrə əsas verir. Qarşıdakı iki-üç ay ərzində hər 6 nəfərdən 1-nin işini itirəcəyi ehtimal olunur. Rəqəm artmaqda davam edə bilər. 2020-ci ilin sonuna qədər planetdə işsizlərin sayının 2 milyardı keçəcəyi də gözləniləndir.

Beynəlxalq Əmək Təşkilatının (ILO) proqnozları da yaxşı gələcəyə işarə vurmur. İlin sonuna qədər əmək gəlirlərinin itkisi 3.4 trilyon dollara çatacaq. İş qabiliyyəti olanların azı 17 faizi gəlirsiz qalacaq.

“Boston Consulting Group”un tədqiqatına görə, işsizliyin böyük hissəsi qeyri-istehsal sektorunun payına düşəcək. Daha çox otel, restoran, turizm biznesində, tikintidə işləyənlər işlə vidalaşmalı olacaq. İşini qoruyanların 10 faizi daha çox çalışmaq məcburiyyətində qalacaq.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »