Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib

“İdman zalları qapalı yerlərdir. Qapalı yerlərdə də yoluxma ehtimalı böyükdür”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədovun sözlərinə görə, idman zallarında şərait elədir ki, yoluxma arta bilər: “Açıq məkanlarda idman yarışlarına icazə verilib, qapalı məkanlar üçün isə bu qərar hazırkı mərhələdə məqbul sayılmır”.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bağçaların açılması da hazırda məqbul sayılmır. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »