Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vladimir Putin və onun zooparkı - FOTO
Türkmənistan prezidenti Qurbanqulı Berdımuxammedov rusiyalı həmkarı Vladimir Putinə keçmiş ad günü münasibətilə alabay itinin küçüyünü bağışlayıb.

"İndi bizim bir ümumi dostumuz var. Bu, dünyada yeganə alabay itidir və mən bu gün bu balaca alabayı özümlə gətirmişəm", - deyib türkmən lideri və əlavə edib ki, itə "Vernıy" - "Vəfalı" adını qoyub.

Oktyabrın 7-də Rusiya prezidentinin 65 yaşı tamam olub.

17 il ərzində gah prezident, gah da baş nazir olan Vladimir Putinə hədiyyə edilmiş heyvanlardan balaca bir zoopark yaradıla bilərdi.

Hər şey o vaxtlar FHN-nin başçısı olan Sergey Şoyqunun 2000-ci ildə ona bağışladığı Koni adlı qara labrodordan başlayıb.

2000-ci ildə Orlov vilayətinin qubernatoru Yeqor Stroyev Putinə məşhur Orlov yorğası bağışlayıb.

2001-ci ildə Başqırdıstan rəhbəri Murtaza Raximov də prezidentə at bağışlayıb. Bu Axaltəkə cinsindən olan qonur rəngli dayça idi.

Bundan bir il sonra Putin İordaniya kralı 2-ci Abdullahın hədiyyəsi olan üç ərəb cıdır atını qəbul edib. Bu atların adları - İbn Məruf, Hakimə və Ayzis idi.

Daha bir atı prezidentə o vaxtkı Tatarıstan prezidenti Mintimer Şaymiyev 2005-ci ildə bağışlamışdı. Bu Vadik ləqəbli falabella ponisi idi.

2003-cü ildə Moskva meri Yuri Lujkov Putinə ağ keçi hədiyyə etmişdi. Prezident bu keçiyə "Skazka" - "Nağıl" adı vermişdi.

2008-ci ildə ad günündə Putinə Amur pələnginin balasını hədiyyə etmişdilər. İlk vaxtlar iki yaş yarımlıq Maşa Novo-Oqoryovadakı iqamətgahda yaşasa da, daha sonra Gelencikdəki zooparka köçürülmüşdü.

2010-cu ildə Türkmənistan lideri Putinə iki nadir Asiya qaplanı bağışlayıb. Onlara Alous və General adları verilmişdi. Hazırda bu qaplanlar Qafqazda vəhşi heyvanlar üçün xüsusi mərkəzdə saxlanılır.

2010-cu ildə Bolqarıstan baş naziri Boyko Borisov Putinə qaraqaçan çoban itinin küçüyünü hədiyyə edib. Bu itə ad qoyulması üçün müsabiqə elan edilmişdi. Baffi adını təklif etmiş 5 yaşlı Dima Sokolov müsabiqənin qalibi olmuşdu.

2012-ci ildə Yaponiyanın Akita prefekti Norihisa Satake Putinə Akita itinin Yume adlı küçüyünü bağışlayıb.

Putin zooparkında başqa eksponatlar da var.

2002-ci ildə Moldova prezidenti Vladimir Voronin Putinin 50 illiyi münasibətilə ona büllur timsah bağışlayıb. Bu hədiyyənin üstündə yazı da var idi: "Timsah yeganə heyvandır ki, geriyə hərəkət etmir".

2013-cü ildə Almaniya kansleri Angela Merkel Putinə ququ quşlu saat hədiyyə edib. Bəzi jurnalistlər bunu Merkelin, Putinin tədbirlərə gecikmək xasiyyətinə işarə kimi qiymətləndiriblər.

Bundan bir il əvvəl Angela Merkel Putini Berlin görüşü üçün bir saata qədər gözləməli olmuşdu.(Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »