Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: Karantin tədbirləri siyasi çəkincələrə görə idi

“Pandemiya elan olunan gün dünyada rəqəmlər çox aşağı idi. Hökumətlərin yumşalmaya getmə səbəbi siyasətdir”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri açıqlamasında iqtisadçı, politoloq Natiq Cəfərli səsləndirib.

Natiq Cəfərli Natiq Cəfərli

“28 May günü dünyanın korona statistikası: Virusa yoluxanlar – 5 mln. 807 min 166 nəfər, ölənlərin sayı – 360 min 300 nəfər.

Yəni, 11 mart pandemiya elan edilən gündən bu yana yoluxanlar 49 dəfə , ölənlərin sayı isə 84 dəfə artıb! Amma indi dünya ölkələri karantindən çıxır – tədbirləri yumşaldır, iqtisadiyyatın çarxlarını döndürməyə çalışırlar. Niyə? Nə səbəbə? Əgər desələr ki, bəs artıq virusu tanıdıq, hazırlaşdıq, xub, anlamaq olar, amma hələ ki, bu mərəzin nə dərmanı var, nə vaksini – bəs nə baş verir?!

Hə, deməli, yenə də siyasi qərarlar önə çıxır, dünya ölkələri anladılar ki, iqtisadiyyatın daha da çökməsi hakimiyyətdə olan siyasi təşkilatların sonunu gətirəcək. Necə karantin tədbirləri siyasi çəkincələrə görə idisə, indi də açılma yenə siyasi səbəblərdən – seçkilərdə hakimiyyəti itirmə qorxusudur”,- deyə politoloq vurğulayıb. O fikrini aşağıdakı kimi əsaslandırıb:

“Başqa bunun izahı varmı?! Çünki, əgər virus deyildiyi kimi kəskin yayılma qabiliyyəti varsa, bu gün dünyada təsbit olunmuş 6 mln.-a yaxın yoluxmuş aşkarlanıbsa, deməli, həndəsi silsilə ilə bu sayın yüz milyonlarla, milyardlarla olması istisna deyil. Əgər indi virusun başını buraxırlarsa, deməli, insan həyatı söhbəti boş söhbətdi - əsas məsələ hakimiyyət məsələsidir.

Koronavirus məsələsində demokratiyanın həm pozitiv, həm də neqativ rol oynadığını aşkar görürük. Düşüncələrini çox bəyəndiyim Uinston Çörçill demiş, “Demokratiya – idarəçiliyin pis formasıdır. Amma insanlıq hələ bu formadan yaxşısını fikirləşib tapa bilməyib”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »