Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda koronavirusdan ölənlərin sayı açıqlanıb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 50 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 7677 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2819 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 146668 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 114931 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 2547 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

Son xəbərlər
Bütün xəbərlər »