Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandemiya dövründə işdən çıxarmalar və az yazılan maaşlara görə cinayət işi açıla bilər

Bizimyol.info redaksiyasına şikayət daxil olub. Şikayət edən Sumqayıt sakini Səfayə Budaqova bildirib ki, uzun illər müxtəlif müəssisələrdə işləməsinə baxmayaraq, əmək pensiyası həddən artıq az yazılıb. Buna səbəb də işlədiyi müddətdə əmək haqqının rəsmi olaraq aldığı maaşdan az yazılmasıdır. Səfayə Budaqova həmçinin pandemiya dövründə iş yerlərinin bağlanması ilə əlaqədar olaraq oğlu Həsən Budaqovun işdən çıxarılmasından şikayətçidir.

“Halbuki dövlət başçısı bu kimi halların yolverilməz olduğunu dəfələrlə qeyd edib. Mənə adi bir xəbərdarlıq məktubu göndərilir. Məktubda qeyd edilir ki, ayın neçəsindən sizin ştatınız ixtisar oluanacq, lakin hansı səbəbdən, hansı obyektiv əsaslardan olduğu qeyd edilmir”,- deyə Həsən Budaqov qeyd edib.

Bu şəkildə şikayətlərin sayının həddən artıq olduğunu nəzərə alaraq oxşar durumlarda qanunun nə dediyini araşdırmağa çalışdıq. Qeyd edək ki, ixtisar aparmaq üçün mütləq əvvəlcədən işəgötürənin əsaslandırılmış əmri olmalı, əmək məcəlləsinin 77-ci maddəsinə əsasən əvvəlcədən işçiyə xəbərdarlıq edilməlidir. Və ancaq bundan sonra lazımi təminatlara əməl etməklə ixtisarlar aparıla bilər.

Əmək Müfəttişliyinin əməkdaşı Mehman Abdullayev Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki,“Koronavirusa görə əməkdaşlarını işdən çıxaran işəgötürənlər cəzalandırılacaq. Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir. Məqsəd qanunsuz olaraq işçilərin əmək müqaviləsinə xitam verilməsinin qanunsuz ixtisarların aparılmasının qarşısının alınmasıdır. Xidmət altsistem vasitəsilə dəfələrlə işəgötürənlərə izahat, məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərsə də, hələ də işəgötürənlər tərəfindən müəyyən qanun pozuntuları müşahidə edilir.

Bəhruz Məhərrəmov Bəhruz Məhərrəmov

Deputat Bəhruz Məhərrəmov Bizimyol.info-ya əmək haqqının rəsmi hissəsinin az göstərilməsi ilə bağlı verdiyi açıqlamada ilk olaraq vurğuladı ki,bu cinayətdir, cinayət işinə də prokurorluqda baxılmalıdır.

“Maaşları az göstərmək dövlətin marağında deyil, bunun vətəndaşların və işəgötürənlərin özlərinə də faydalı olması zərurəti pandemiya şəraitində ortaya çıxdı. Vergi ödəmələri səbəbi ilə bu ilk növbədə dövlətə ziyandır. Hətta ən totalitar rejimlərdə, qanun -qayda gözlənilməyən dövlətlərdə belə maaşların olduğundan az göstərilməsinə qarşı çıxırlar. Bu qanunsuzluqdur, bu faktlar kimdə varsa dərhal Baş Prokurorluğa təqdim etməlidirlər. Bu cinayət faktıdır və biz onun haqlı olub- olmadığını müzakirə etməməliyik. Bu əmələ heç bir formada haqq qazandırmaq olmaz. Vətəndaş maaşının az yazılması ilə müraciət edib hətta ödənilməmiş vergilərinin və sosial ödəmələrinin ödənişinə nail ola bilər.Həmin iş yerinin sahibinə nəzarət ediləcəyinə görə, o işçisini də işdən çıxara bilməz və gələcəkdə də bu kimi faktları təkrarlamayacaq. Şəxsən mən bu məlumatların prokurorluğa təqdim edilməsində sizə kömək edə bilərəm”,- deyə deputat qeyd edib.

Qanunlar insanları qadağalar çərçivəsinə soxmaq üçün deyil, onlara öz hüquqları çərçivəsində daha rahat və azad bir yaşama üçün tərtiqb və tətbiq olunur. Bilməyənlərə qanunun nə dediyini açıqlamaq bizdən öz haqqını tələb etmək sizdən.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »