Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hacıqabulda “Yura” ləqəbli narkotacir saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN mətbuat xidmətidən verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımaqda şübhəli bilinən rayon sakini Ş. Şirəliyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman cibindən heroin aşkar edilərək götürülüb. Araşdırmalarla Ş. Şirəliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib. Dindirilmə zamanı o “Yura” ləqəbli şəxsdən 10 manat müqabilində heroini aldığını bildirib. Davam etdirilən əməliyyat tədbirləri ilə “Yura” ləqəbli, əvvəllər dəfələrlə məhkum edilmiş Yusif Əkbərov də saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün nəzərdə tutulmuş heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşrdırmalar davam etdirilir.

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »