Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ali məktəblərə və kolleclərə ərizə verən abituriyentlərin sayı açıqlanıb

Ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, indiyə qədər ərizə verən abituriyentlərin sayı 71888-dir. I-IV qrup üzrə 61882 abituriyent ərizə verib. Onlardan 56475-i Azərbaycan, 5407-si rus bölməsindəndir.

I qrup üzrə indiyə qədər 26111 (23869 nəfər Azərbaycan, 2242 nəfər rus bölməsi), II qrup üzrə 11521 (10359 nəfər Azərbaycan, 1162 nəfər rus bölməsi), III qrup üzrə 19685 (18272 nəfər Azərbaycan, 1413 nəfər rus bölməsi), IV qrup üzrə 4565 (3975 nəfər Azərbaycan, 590 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.

V qrup üzrə qeydiyyatdan keçənlərin sayı ümumilikdə 45976 nəfərdir, onlardan 42849 nəfəri Azərbaycan, 3127-si isə rus bölməsidir.

Bu il tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ümumilikdə sənəd verən şagirdlərin sayı 47734 nəfərdir. Onlardan 45282 nəfəri Azərbaycan, 2452 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »