Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daşlar sirli şəkildə hərəkət edir: Alimlər səbəbini izah edə bilmir - Fotolar

Arktikada yosun və palçıqdan ibarət yumru toplar (daş kimi möhkəm olduğu üçün biz onları daş adlandıracağıq) naməlum səbəbdən kollektiv şəkildə hərəkət edirlər. Alimlər hələ ki, onların hərəkətinin hansı fiziki qanuna tabe olduğunu anlaya bilməyiblər.

Bizimyol.info nat-geo.ru-ya istinadən xəbər verir ki, Arktika buzlaqlarında müşahidə olunan bu çox saylı yosun daşlar 10 il öncə yaranmağa başlayıb və onlar sürü şəklində hərəkət edirlər. Aydaxo Universitetinin mütəxəssisləri doktor Rut Qleyşerin rəhbərliyi altında onların hərəkət traektoriyasını izləyir.

“Bu yumurtaya bənzəyən palçıq və yosunun qarışımından yaranıb daş kimi bərkimiş konqlomeratlar buzlaqda bir neçə ərazidə müşahidə olunur. Bu daşlar onurğasız canlılar üçün əsas yaşam mənbəyi hesab oluna bilər. Dörd il apardığımız müşahidələr göstərib ki, onların sürəti gündə 2,5 santimetr təşkil edir. Bu bir daş üçün böyük sürət hesab olunur. Bununla yanaşı onların hərkəti necəsə koordinasiya edilib. Hamısı eyni sürət və eyni istiqamətdə hərəkət edir, daha sonra kollektiv şəkildə istiqamətlərini dəyişirlər. Buzlağın hərəkətini araşdıraraq o qənaətə gəldik ki, bu daşların hərəkəti buzlağın maililiyi ilə əlaqədar deyil. Sirli hərəkətverici qüvvə geniş tədqiqat mövzusu olmalıdır”,- deyə doktor Rut Qleyşer bildirib.

İlhamə

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »