Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolçu maaşının azaldılmasından imtina etdiyi üçün oyunlardan kənarlaşdırılıb

Almaniyanın "Union Berlin" klubu futbolçusu Sebastyan Polterin matçlarda iştirak etməyəcəyini açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu pandemiya zamanı əməkhaqqını azaltmaqdan imtina etdiyi üçün komandadan kənarda qalacaq.

Almaniyalı oyunçu rəhbərliyin qərarı ilə razılaşmayan yeganə futbolçudur. Polterin müqaviləsi yayda başa çatır, klub həmin vaxta qədər forvarda məşqə qatılmağa icazə verib.

Qeyd edək ki, Sebastyan Polter 2017-ci ildən "Union Berlin"də çıxış edir. Mart ayında koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqası mayın 16-da bərpa olunub. "Union Berlin" 28 oyundan sonra 31 xalla 13-cü pillədə qərarlaşıb.

Son xəbərlər
Bütün xəbərlər »