Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Braziliyada bir sutkada 26,4 min insan koronavirusa yoluxub

Braziliyada koronavirusa yoluxanların sayı son sutka ərzində rekord sayda – 26 417 nəfər artaraq, ümumilikdə 438 238-ə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı açıqlanan rəsmi statistikada qeyd olunur. Bundan əvvəl ən yüksək sutkalıq göstərici mayın 22-də qeydə alınmışdı – 20 803 nəfər.

Açıqlamaya görə, koronavirusdan ölüm sayı 26 754 nəfərə yüksəlib, son sutkada burada 1156 nəfər də virusun qurbanı olub. Qeyd olunur ki, son üç günün gündəlik statistikasına daxil olan 3811 nəfərdən 539-u bu müddət ərzində ölüb, qalan ölüm faktları daha əvvəlki bir dövrə aiddir.

Koronavirusla əlaqəli ola biləcək daha 4211 ölümün səbəbləri də dəqiqləşdirilir. Həmçinin ölkədə 177 mindən çox xəstə müalicə olunaraq sağalıb.

Braziliyada infeksiyanın ocağı 21 milyondan çox insanın yaşadığı San-Paulo ştatı (95 mindən çox yoluxma və təxminən 7 min ölüm faktı) və Rio-de-Janeyro (təxminən 45 min yoluxma və 4856 ölüm faktı) şəhəri hesab olunur.

Paylaş »
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
››› İlham Əliyev: "Beş rayonun, demək olar ki, hamısı işğaldan azad edilib"
Son xəbərlər
Bütün xəbərlər »