Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İngiltərə Premyer Liqasının bərpa tarixi və ilk oyunların təqvimi açıqlanıb
İngiltərə Premyer Liqası

İngiltərə Premyer Liqasında mövsümün bərpa tarixi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa rəhbərliyi koronavirus pandemiyası səbəbindən martda dayandırılan çempionat oyunlarının iyunun 17-dən bərpa olunacağını rəsmən bəyan edib.

Qərara əsasən həmin gün əvvəlki turlardan təxirə salınmış "Mançester Siti" - "Arsenal" və "Aston Villa" - "Şeffild Yunayted" qarşılaşmaları oynanılacaq. İyunun 19-da isə növbəti turun startı veriləcək.

Premyer Liqanın direktoru Riçard Masters hazırkı duruma əsasən belə qərar verilsə də, bunun dəyişmə ehtimalını istisna etməyib: "Oyunların iyunun 17-də bərpası yönündə razılıq əldə etdik. Ancaq bütün lazımi təhlükəsizlik tədbirləri yerinə yetirilməsə, bərpa müddəti uzadılacaq. Çünki bizim üçün iştirakçıların sağlamlığı çox önəmlidir".

Qeyd edək ki, Premyer Liqa klubları ötən həftədən fərdi məşqlərə başlayıb. XXX turdan etibarən qarşılaşmalar boş tribunalar önündə keçiriləcək.

Paylaş »
››› “TƏBİB ləğv olunmalıdır, fəaliyyəti ilə bağlı Baş Prokurorluq araşdırma aparmalıdır” - Açıqlama
››› Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılar
››› Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
››› Daha iki rayonda karantin rejimi sərtləşdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »