Polis əməkdaşının qaradərili Corc Floydu öldürməsi ABŞ-da böyük etirazlara səbəb olub.
Etirazların miqyası bir az da böyüyüb. Hadisələrin baş verdiyi Minneapolis şəhər sakinləri heç cür sakitləşmək istəmir.
Bizimyol.info xəbər verir ki, insanlar marketləri soymağa başlayıb. Sosial şəbəkələrdə paylaşılan videolarda Minneapolis sakinlərinin necə amansız davrandığı görünür. Şəhər meri Ceykob Frey əhaliyə müraciət edib. O, sülh yaratmağın vacib olduğunu, daha bir faciəyə yol açmaq lazım gəlmədiyini bildirib.
Etirazlar Minneapolis sərhədlərini də aşıb. Los-Ancelesdə də qaradərililərin icması polisə etirazını bildirib. Qarşıdurma itkisiz ötüşməyib. Atışma baş verib və daha bir nəfər həyatını itirib.
Minneapolisdə qarşıdakı 24 saat ərzində sakitlik yaranmasa, ABŞ Milli Qvardiyasının işə qoşulacağı gözlənilir. Şəhər merinin müraciətində də bu məqam yer alıb. O, hadisələrin çərçivəni aşmasını istəmədiyini dilə gətirib.
ABD'nin Minneapolis şehrinde, George Floyd'un polis tarafından öldürülmesini protesto eden halk, marketleri yağmalamaya başladı.! pic.twitter.com/R1CN9kuw66
— Politic Türk (@politicturk) May 28, 2020