Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan ötən il Gürcüstanın əsas qaz təchizatçısı olub

2019-cu ildə Azərbaycan Gürcüstanın əsas təbii qaz təchizatçısı olub.

Bu barədə Gürcüstan Milli Enerji və Su Tənzimləmə Komissiyasının (GNERC) 2019-cu il üzrə hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat dövründə Gürcüstanın idxal etdiyi təbii qazın 93%-i Azərbaycanın payına düşüb.

Qeyd olunub ki, 2019-cu ildə Rusiyadan təbii qaz idxalı əvvəlki illə müqayisədə 15% artıb.

Hesabatda bildirilib ki, ötən il Gürcüstanın təbii qaz idxalı 2018-ci illə müqayisədə 15% artaraq 2,5 mlrd. kubmetrə çatıb. Artımın əsas səbəbinin məişət və istilik elektrik stansiyalarının istehlakındakı artım hesabına baş verdiyi bildirilib. 2019-cu ildə Gürcüstanın təbii qaz tələbatının 99,8%-i idxal hesabına ödənilib. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »