Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana qarşı ikili standartlar xarici mətbuatda

Dünya ictimaiyyətinin, üzdə olan ayrı-ayrı ictimai birliklərin, institutların Azərbaycana münasibəti səmimi, ədalətli deyil. Ortada həm də ikili standartlar rüzgarı əsir.

Bizimyol.info xəbər verir ki, tanınmış media orqanlarından olan “Newsweek” bu haqda material dərc edib. Yazıda məhz ikili standartlardan söz açılır, bir çox hallarda Azərbaycana, o cümlədən, İsrailə qarşı ədalətli mövqe olmamasından söz açılır.

Yazının müəllifi Haym Salomon Mərkəzinin rəhbəri Pol Millerdir. Müəllif əvvəlcə İsrailə qarşı ikili standartları qabardır. Miller hesab edir ki, başqa dövlətlərin cinayətlərinə göz yumulur, amma hər imkandaca yəhudi ölkəsinə təzyiqlər olunur. Başqa dövlətlərin cinayətləri deyəndə ən çox Ermənistan yada düşməlidir. Miller bunu xüsusi vurğulayıb.

“Newsweek” yazır: “Human Rights Watch” un keçmiş direktoru, Corc Sorosun da dəstəklədiyi Quincy institutunun icraçı direktoru Sara Liya Uitson deyilənlərin bariz nümunəsidir. Hər iki təşkilat İsrail hökumətinin kəskin tənqidçiləridir, amma başqa bir münaqişəni – Azərbaycanla Ermənistan arasındakı problemi görməzdən gəlirlər.

Uitsonda ermənilərin Dağlıq Qarabağ bölgəsində qanunsuz yerləşdirilməsinə şübhə olmamalıdır. Amma Erməni Milli Komitəsinə vəsait toplanmasında birbaşa iştirak edir, Qarabağı ermənilərin ayrılmaz hissəsi sayır”.

“Newsweek” Rokfeller Qardaşları Fondunun da yalnız üzdə ədalətli və dinc dünya üçün mübarizə apardığını bildirir. Əslində isə İsrailə qarşı boykot və sanksiya yolunu seçən istənilən qeyri-hökumət təşkilatını maliyyələşdirir. Məqalədə Ermənistan prezidenti ilə fond rəhbərliyinin əməkdaşlıq üçün 2019-cu ilin fevralında görüşdüyü də xüsusi qeyd edilib.

Tanınmış media orqanı Demokratiyanı Müdafiə Fondunun (FDD) da qeyri-səmimi davranışını unutmayıb. Təşkilat bütün hesabatlarda Ermənistanın təcavüzçü adlandırılmasından yan ötməyə çalışır.

“Newsweek” çox maraqlı fakta diqqət çəkib. 2018-ci ildə “Hayastan” ümumerməni fondunun rəhbəri Ara Vardanyan təşkilatın pullarını şəxsi məqsədləri üçün xərclədiyinə görə həbs olunmuşdu. Federal Təhqiqat Bürosunun istefada olan agenti Babak Brumand isə erməni mütəşəkkil cinayətkarlığı ilə bağlı vəkildən rüşvət aldığına görə cinayət məsuliyyətinə cəlb edilmişdi.

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi
Son xəbərlər
Bütün xəbərlər »