Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni "iPhone 8" alanları peşman edir - SƏBƏB
ABŞ istehsalçısı "Apple"ın sentyabrda təqdim etdiyi smartfonlar ətrafında səs-küy səngimir. Belə ki, bu modellərdə yeni defekt aşkar olunub.

Oxu.Az-ın məlumatına əsasən, Tayvan, Yaponiya, Kanada və digər ölkələrdə yeni "iPhone 8" və "iPhone 8 Plus"ı əldə edənlər bir müddət sonra smartfonlarında yaranan problemlərdən şikayət ediblər:

Hazırda yeni modellərin bu cür şişməsi ilə bağlı yeddi şikayət məlumdur. Hələ ki, bütün əlamətlər problemin batareya ilə bağlı olduğunu göstərir, lakin "Apple" hər hansı qərarla bağlı tələsmir.

Şirkətdə, sadəcə olaraq, nasazlığın aradan qaldırılması üzərində iş aparıldığını bildiriblər.

Təsdiq olunmamış məlumata əsasən, "Apple"ın yeni smartfonlarında "Amperex Technology Limited"in istehsalı olan batareyadan istifadə olunur. Şirkət alternativ batareya növləri üzərində işləyir.

Son xəbərlər
Bütün xəbərlər »