Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polad Bülbüloğlu: "Münaqişənin həllində həmsədr ölkələrdən dəstək gözləyirik"

"Azərbaycan 30 ildir ki, qonşu Ermənistanla müharibə vəziyyətindədir. Ermənistan ərazilərimizin 20%-ni işğal altında saxlayır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS agentliyində Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş "Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri" adlı onlayn mətbuat konfransında çıxış edən Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

"Bu gün Biz BMT rəhbərliyinin dünyada epidemioloji durumla əlaqədar olaraq irəli sürdüyü sülh çağırışı ilə razıyıq. Amma hər şeydən öncə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mütləq şəkildə icra olunmalıdır. Lakin bu qətnamələr icra olunmur. Biz Qarabağ məsələsinin sülh yolu ilə həllinə sadiqik. Lakin sülh danışıqları sonsuzadək davam edə bilməz. Bunu bizim bütün tərəfdaşlarımız, regionda olan qonşularımız və hər şeydən öncə Ermənistanın öz rəhbərliyi nəzərə almalıdır", - deyə diplomat vurğulayıb.

Polad Bülbüloğlu ötən il Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" klubunun plenar iclasındakı çıxışını xatırladıb: "Azərbaycan Prezidenti İlham Əliyev İordaniya kralı, Qazaxıstan və Filippin prezidentləri ilə birlikdə Vladimir Putinin dəvəti ilə Valday beynəlxalq diskussiya klubunun plenar iclasında iştirak etdi. Orada Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətinə Ermənistan-Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyini bir daha çatdırdı, bu münaqişənin beynəlxalq hüquq çərçivəsində yeganə həllini vurğuladı. Ona görə də, biz digər tərəfdaşlarımızdan, dünyanın digər ölkələrindən və əlbəttə ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən dəstək gözləyirik".

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »