Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kəndə köçən hər kəsə 2000 avro təklif edilir

İtaliyanın Liquri rayonunda cənnət kimi Bormuda kəndi var. Kənd dağlar qoynunda yerləşir. Bormuda kəndinin meri kəndə yaşamaq üçün gələn hər şəxsə 2 min avro vəd edir. Kəndə gələn qonaqlar həftəyə cəmi 12,5 avroya kirayə qala bilərlər.

Sovona vilayətində yerləşən bu kənd Genuyadan 80 kilometr məsafədə yerləşir. Kənd uca dağların sinəsində yerləşsə də, ətəyini dəniz yuyur. Təmiz havası olan bu kəndin əhalisi cəmi 394 nəfərdən ibarətdir.

Kənd boşalmasın deyə, kəndin meri burda yerləşməyə qərar verənlərə pul paylamağa qərar verir. Daniele Galliano bu barədə öz Facebook səhifəsində yazıb.

“Əgər siz bizim kəndimizə daimi yaşamaq üçün gəlmək istəsəniz sizə 2 min avro veriləcək. Kənd sakinlərinin sayı az olsa da burda 4 restoran, kitabxana poçt, mağaza, ailəvi otel, aptek və tibb məntəqsi var.

Kəndin 20 kilometrliyində məşhur Mişlen restoranı Locanda dell’Angelo yerləşir. Burda yaşamaq istəyənlər aylıq 50-120 avroya səliqəli ev kirayələyə bilərlər. Müqayisə üçün deyək ki, Londonda mərkəzdə belə mənzilləri 3 min avroya kirayələmək olar.

Kənddə yüksəksürətli internet olduğu üçün burda iş yerinə getmədən işləmək olar”,- deyə mer yazıb.

İlhamə

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »