Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın faşistlərə satılmış babası barədə həqiqətlər - Foto

Ermənistan XİN  ölkənin baş naziri Nikol Paşinyanın babasının II Dünya Müharibəsi illərində faşistlərlə əməkdaşlıq etməsi barədə yayılan informasiyayla bağlı qalmaqalı ört- basdır eləməyə çalışır.

Bizimyol.info 24 info-ru saytına istinadən məlumat verir ki,  Ermənistanın baş naziri Nikol Paşinyan II Dünya Müharibəsinin 75 illiyi ərəfəsində sosial şəbəkədə öz babasının şəklini paylaşıb, onun adının da Nikol Paşinyan olduğunu qeyd edib.” 138-ci atıcı diviziyanın 554-cü atıcı polkunda xidmət edib. Vətən uğurunda həlak olanların əbədi xatirəsinə” şərhini yazıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Memorial” adlı məlumat bankında Nikol Vartanoviç Paşinyan barədə də məlumat var. Məlumatda qeyd edilib ki, Paşinyan Ukraynanın qərbində Zvyaqel adlı ərazidə əsir düşüb və düşmənlə əməkdaşlıq edib. Elə orda da həlak olub.

Bu qalmaqallı informasiyanı təkzib etmək üçün Ermənistan XİN məlumat verib ki, Nikol Paşinyanın babasının adı adaşı ilə qarışıq düşüb. XİN-in bəyanatına əsasən, Yenokovan kəndindən cəbhəyə Nikol Vartonoviç Paşinyan adı ilə yola düşən şəxs kollaborasionist olub. Baş nazirin babası Nikol Arakeloviç Paşinyan isə ləyaqətlə həlak olub. Memorial saytında onun barəsində də məlumat tapmaq olar. Lakin bir çoxları Nikol Arakeloviçin feyk ad olduğunu düşünür, çünki saytda belə bir adamın adına rast gəlinməyib. Paşinyanın babasına uyğun gələn bir Paşinyan var, o da həmin xaindir. Maraqlıdır ki, mayın 26-da həmin məlumat olan səhifə keşdən silinib.

Paşinyanın babası

Paşinyanın babası kimlərlə döyüşüb?

1913-cü ildə anadan olmuş Nikol Paşinyan bir müddət itkin sayılsa da sonra onun düşmən tərəfə keçdiyi məlum olub.O , Qaregin Njdenin rəhbərlik etdiyi SS legionunda Faşist Almaniyası üçün vuruşub.

Qaregin Ter Arutyunyan ( Njde) ermənilərin qəhrəmanlaşdırdıığı hərbi siyasi xadimdir. 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır. Faşist Almaniyası ilə əlaqələr yaradır, Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.

1942-ci ildə general Dro ilə (Drastamat Kanayan) birlikdə Vermaxt nəznində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştrak edir.

15 dekabr 1942-ci ildə Njde almanların yaratdığı "Erməni milli şurası"nın 7 üzvündən biri və "Azad Ermənistan" qəzetinin redaktor müavini olur. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişdilər.

Almaniya rəhbərliyi Qafqazdakı və Türkiyədəki erməni əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından imtina etməyə məcbur etdi.

Sovet ordusu Bolqarıstana girəndə Njde, müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarır və sovet generalı Tobluxinə məktubla müraciət edir. Məktubunda o, özünə bəraət qazanmaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini iddia edir və Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu bildirir, özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verir. Lakin sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilir. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur. Njde 21 dekabr 1955-ci ildə Vladimir şəhərində həbsxanada vəfat edir.

MDB ölkələri liderlərinin II Dünya Müharibəsinin 75 illiyi ilə əlaqədar təşkil olunan videokonfrans formatında sammitində Azərbaycan prezidenti İlham Əliyev faşizmin qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu söyləyərək buna misal olaraq Paşinyanın Njde barədə söylədiyi tərifləri misal çəkmişdi. Paşinyan isə öz ünvanına səslənən bu tənqidə cavab olaraq Njdeni böyük yazıçı , alman əsirliyində əziyyətlər çəkmiş Aleksandr Soljenitsınla müqayisə etmişdi. Azərbaycan Prezidenti isə öz növbəsində “Soljenitsınin faşistlərə xidmət etmiş bir xainlə müqayisə edilməsini böyük qəbahət adlandırmışdı.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »