Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” ASC cəbhəboyu kəndlərdə yenidənqurma işlərini davam etdirir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq, “Azərişıq” ASC regionlarda elektrik enerjisinin təchizatının daha da yaxşılaşdırılması, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində geniş tədbirlər həyata keçirir.

Ağdam rayonunun təmas xəttində yerləşən kəndlərində də elektrik enerjisi sistemi tamamilə yenidən qurulub. Rayon ərazisində məcburi köçkünlərin də məskunlaşdığı ərazilər daxil olmaqla ümumilikdə 15-dən çox kənd və yaşayış məntəqəsində yenidənqurma işləri görülüb. Ümumilikdə 2567 ədəd yeni dayaq

quraşdırılıb, 259 min 700 metr müxtəlif növ yeni kabel çəkilib. Həmçinin Ergi ərazisində yeni 110/35/10 kv-luq, Əfətli kəndində isə 35/10 kv-luq yarımstansiyalar tikilib istismara verilib. 36 ədəd müasir tipli müxtəlif güclü transfarmator məntəqəsi quraşdırılıb.

Son xəbərlər
Bütün xəbərlər »