Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin məscidlərin görünüşünü dəyişir: Müsəlmanlar narazıdır - Foto

Hazırkı böhran Çinə böyük zərər vuru. İqtisadiyyat tam dayandı, minlərlə insan həyatını itirdi. Buna baxmayaraq, Çin ayrı-ayrı icmalara təzyiqi saxlamayıb. Uyğurlara qarşı zorakı təzyiqlər davam edir, Honkonqda etirazçılara zor tətbiq olunur. İndi də məscidlərin quruluşu dəyişdirilir.

Bizimyol.info xəbər verir ki, Çin sinifikasiya siyasətini dayandırmaq fikrində deyil. Məscidlərin xüsusilə xarici görünüşünə müdaxilə olunur. Hələ martın 18-də Çjençjou şəhər administrasiyası müsəlman icmasının dini məbədinin “düzəldilməsi” tapşırığını almışdı. Bir neçə gün ərzində minarə dəyişdirilmişdi. İndi ora daha çox Çin dini məbədinə bənzəyir.

Çjençjou məscidinin direktoru “BitterWinter”ə müsahibəsində fərqli addım atmadıqlarını söyləyib. Onun sözlərinə görə, ölkənin hər yerində belə davranırlar: “Onsuz da buna əməl etməyənlər ciddi cəzalanacaq”.

Çin məscidlərin görünüşünü dəyişir

Təkcə Neçjuan məscidinin xarici görünüşünün dəyişdirilməsinə hökumət 280 min dollar ayırıb. Belə görünür ki, ölkənin bütün məscidləri bu taleyi yaşayacaq. Artıq 500 məsciddə “düzəliş” siyasətinin elementləri nəzərə çarpır. Məbədlər kənardan heç də məscidə bənzəmir.

Təbii ki, bu addım ölkə müsəlmanlarının narazılığana səbəb olub. Amma ifadə azadlığının kobud şəkildə pozulduğu ölkədə ortaya etiraz nümunəsi qoymaq da çətindir.

Son xəbərlər
Bütün xəbərlər »