Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur erməni terrorçu necə ekstradisiya olunmuşdu...

Ermənistanda məşhur terrorçu Qaregin Njdeyə heykəl qoyulub. Heç təəccüblənməyə dəyməz. Çünki Ermənistan həm də terrorçuların vətəni kimi tanınıb və hətta ölkədən kənarda doğulanlara da qucaq açıb.

Bizimyol.info bu dəfə sizə Varucan Karapetyan haqqında danışacaq. Ermənilər onunla çox fəxr edir. Çünki xeyli günahsız adamın həyatına son qoyub.

Karapetyan 1954-cü ildə Suriyada, Qamışlı qəsəbəsində doğulmuşdu. Yeniyetmə yaşlarında məhz dünyaya göz açdığı ölkədə hərbi təlim keçib, ermənilərin ASALA terror təşkilatına üzv olub. Onu ASALA-nın lideri olmuş Akopkopyanın davamçısı sayırdılar.

Varucan Karapetyan Varucan Karapetyan, erməni terrorçu

Karapetyanın terror təşkilatı üçün gördüyü ən böyük iş 1983-cü il iyulun 15-də Fransa paytaxtı Parisdəki Orli hava limanında “Türk Hava Yolları”nın qeydiyyat masalarının yerləşdiyi hissəni partlatmaq olub. Əslində, Varucanın məqsədi Türkiyə təyyarəsini sıradan çıxarmaq imiş. Amma bomba vaxtından əvvəl işə düşüb, baqaj bölümündə partlayıb. Həmin gün 4-ü fransız, 2-si türk, 1-i amerikalı, 1-i isveçli olmaqla 8 nəfər həyatını itirmişdi, 55 nəfər yaralanmışdı.

Karapetyan həbs olunanda polisə hava limanında bomba yerləşdirdiyini boynuna almışdı. Amma Kreteydə baş tutan 11 günlük məhkəmə prosesi zamanı əvvəlki ifadəsindən imtina etmişdi. Karapetyan 1985-ci il martın 3-də ömürlük həbs cəzası almışdı.

İndi ermənilər Ramil Səfərovun ekstradisiyasına ağız büzür. Halbuki hələ 19 il əvvəl Karapetyan kimi qansız erməninin ekstradisiyasını toy-bayram kimi qeyd etmişdilər. ASALA-nın terrorçusu 17 il həbsxanada yatandan sonra 2001-ci ildə Ermənistana göndərilmişdi. Hərçənd, məntiqlə Suriyaya yola salınmalıydı. Çünki məhz bu ölkənin pasportunu daşıyırdı.

Fransa Penitensiar Xidmətinin məsləhətçisi Kordonel buna görə xoşbəxtliyini gizlətmirdi. Ermənistanın ovaxtkı baş naziri Andranik Markaryanın da sevinci yerə-göyə sığmırdı. Yerevanın meri Robert Nazaryan isə terrorçunu iş və yaşayış yeri ilə təmin edəcəyinə söz vermişdi.

Karapetyan uzun müddət qeyri-rəsmi olaraq Yerevan-Dilijan nəqliyyat xəttinə rəhbərlik edib. Terrorçu təfəkkürü isə onu heç vaxt tərk etməyib. Karapetyan 2010-cu ildə mühafizəçiləri ilə birlikdə kriminal hadisənin iştirakçısı olmuşdu. O, 2019-cu ilin yanvarında ölüb.

Karapetyan Ermənistanda olarkən müsahibələrin birində Paris terrorunu niyə həyata keçirdiyini demişdi. O, başqa bir terrorçu Levon Ekmekçiyanın 1983-ci ilin yanvarında edam olunmasına bu cür etiraz etdiyini bildirmişdi. Bəs bu Livan ermənisi niyə edam olunmuşdu? Təbii ki, terrora görə. Ekmekçiyan 1982-i ildə Esenboğa hava limanını partladaraq, günahsız insanların ölümünə səbəb olmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »