Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan Yamal-Avropa kəməri ilə qaz nəqli yenidən dayandırılıb

Öncədən sifarişin olmaması səbəbindən Rusiyadan Yamal-Avropa təbii qaz kəməri vasitəsi ilə “mavi yanacaq” nəqli yenidən dayandırılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Gazcade” operatoru yayıb.

Polşa platformasının məlumatına görə, mayın 28-i saat 06:00-dan mayın 29-u saat 06:00-dək qaz sifarişi edilməyib. Bu vaxtadək 11,5 milyon kilovatt/saat (1,1 milyon kubmetr/saat) həcmində qaz nəql edilirdi. Göstərilən tarix üçün isə 38,3 milyon kilovatt/saat (təxminən 4 milyon kubmetr/saat) təbii qazı nəqli sifariş olunmalı imiş.

Qeyd edək ki, mayın 26-da Rusiyadan Belarus və Polşa ərazisi ilə təbii qazı Almaniyaya çatdıracaq Yamal-Avropa boru kəməri ilə qazın tranziti sıfıra endirilmişdi.

Son xəbərlər
Bütün xəbərlər »