Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Merkel: “Pandemiyanın hələ başlanğıcındayıq”
Angela Merkel

Almaniya kansleri Angela Merkel ölkəsinin koronavirus pandemiyasının hələ başlanğıcında olduğunu deyib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

O bildirib ki, müalicə üçün peyvənd və ya dərman yoxdur:

“Ancaq vəziyyətə daha yaxşı nəzarət edə bildik. Yenə də çox ehtiyatlı və diqqətli olun!”

A.Merkel əyalət rəhbərlərindən sosial məsafə qaydalarının məcburiyyət olaraq davam etdirilməsini istəyib:

“Sosial məsafə yalnız tövsiyə olaraq qalırsa və ayrı-ayrı insanlar buna əməl etmirlərsə, digərləri üçün təhlükə yaranır. Sosial məsafəni borc hesab edirəm”.

O əlavə edib ki, infeksiya sürətlə və yenidən yayılacaq.

Qeyd edək ki, Almaniyada karantin məhdudiyyətləri iyun ayının 29-dək uzadılıb.(oxu.az)

Paylaş »
››› Şəhidə görə saxta göz yaşı - Video
››› Professor: Karantini uzatmaq olmaz
››› Müdafiə Nazirliyi son vəziyyəti açıqladı: Davam edir...
››› Düşmən həyəcan içindədir: "Qardaşım ölü əsgərlərlə dolu 3 maşın görüb" - Foto
››› Rəhim Qazıyevin səs yazısına hərbi ekspertdən cavab – Ayıb deyilmi?
Son xəbərlər
Bütün xəbərlər »