Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropalılar pul qıtlığı yaşayır

Avropa İttifaqı vətəndaşlarının əksəri hazırda yaşanan böhranda maliyyə sıxıntısı keçirir.

Avropa Parlamentinin sorğusuna görə, avropalıların 58 faizi çətin maddi dövr yaşayır.

Bizimyol.info xəbər verir ki, Avropa sakinlərinin üçdə biri iqtisadiyyatdakı çalxalanmaya görə gəlirlərini itirdiyini bildirib. Avropalıların dörddə biri gəlirlərinin bir hissəsindən məhrum olub. Onların beşdə biri qara gün üçün saxladığı pulları xərcləməyə başlayıb. Avropalıların xeyli hissəsi etiraf edir ki, hətta ödəmələr vaxtı ciddi çətinlik yaşayırlar. Keyfiyyətli qidadan məhrum olduğunu söyləyənlər də çoxdur.

Sorğuda iştirak edənlərin əksəri Avropa İttifaqının böhran dövründəki fəaliyyətindən narazıdır. Respondentlərin 70 faizi ittifaqın “daha diri oynamasını” istərdi. Avropalılar xüsusilə vaksinin tez işlənib hazırlanmasını gözləyir.

Sorğuda 21 ölkədən 16-64 yaş arası 21.8 min avropalı iştirak edib. Baltikyanı ölkələrin, Malta, Lüksemburq və Kipr vətəndaşları sorğudan kənarda qalıb.

Son xəbərlər
Bütün xəbərlər »