Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada ən çox türkiyəlilər pul xərcləyir

Ukrayna Nazirlər Kabineti ötən illə bağlı turizm hesabatını açıqlayıb. Hesabatda ayrı-ayrı ölkə vətəndaşlarının postsovet ölkəsində xərclədiyi məbləğ yer alıb.

Bizimyol.info xəbər verir ki, siyahıya türkiyəlilər başçılıq edir. Ukraynada ən çox qardaş ölkənin vətəndaşları pul xərcləyir. Türkiyəlilər ötən il keçmiş SSRİ respublikasında gündə orta hesabla 115 avrosundan keçib. İkinci yeri 95 avro ilə amerikalılar, üçüncü pilləni isə 94 avro il almanlar tutub. Maraqlıdır ki, yerli sakinlər turizm sektoruna günə orta hesabla 30 avrosunu yönəldib.

Ukrayna televiziyasında qonaq olan Türkiyənin bu ölkədəki səfiri Yağmur Ahmet ukraynalıların da onun vətənində pul xərcləməli olduğunu deyib. Səfir karantin günlərində çox sıxıldığını gizlətməyib: “Bundan sonra dincəlmək vaxtıdır. Otellərimiz ukraynalıları qəbul etməyə hazırdır”.

Son xəbərlər
Bütün xəbərlər »