Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suriyada Türkiyə hərbi karvanına hücumda əsgər şəhid oldu

Pandemiya dövründə Suriyada hərbi əməliyyatlar səngimişdi. Ölüm xəbərləri gəlmirdi.

Bizimyol.info xəbər verir ki, Bəşər Əsəd qüvvələri İdlibdə Türkiyə hərbi karvanına hücum edib. Bomba partlaması nəticəsində elazığlı əsgər həyatını itirib. Can Berk Tatar yerindəcə keçinib.

Pandemiyadan əvvəl Türkiyə ordusunun İdlib əməliyyatları xeyli intensivləşmişdi. Qardaş ölkə üçün təhlükəsizlik zonası yaratmaq çox vacibdir. Bunun üçün xüsusi hərbi əməliyyatlar həyata keçirilirdi.

“Elazigsonhaber” hadisə haqda daha geniş yazıb. Portalın məlumatına görə, hərbi karvandakı avtomobillərdən biri minaya düşüb. Can Berk Tatarın ölümündən başqa, yaralananların da olduğu bildirilir.

Şəhidin Bozağaç kəndində yaşayan atası və anasına acı xəbəri çatdırıblar. Ailə oğlunun cəsədinə qovuşmaq üçün Elağıza yola düşüb.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »