Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada işsizlik səviyyəsi 4 illik maksimumu yeniləyib

Bu ilin aprel ayında Rusiyada işsizlərin sayı 815 min nəfər, yaxud 21% artaraq 4,3 milyon nəfərə çatıb.

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Statistikası üzrə Federal Xidməti ("Rosstat") məlumat yayıb.

Bildirilib ki, aprelin sonuna qonşu ölkədə işsizlik səviyyəsi 5,8% təşkil edib ki, bu da son 4 ildə ən yüksək göstəricidir.

"Rosstat" həmçinin bəyan edib ki, 2020-ci ilin I rübündə Rusiyada real əməkhaqları 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,2% artıb. Bununla belə ölkə vətəndaşlarının real gəlirləri 0,2% azalıb.

Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bu il əhalinin real gəlirlərinin 3,8% azalacağını, gələn il isə 2,8% artacağını proqnozlaşdırır.

Paylaş »
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Fransadan müsəlman ölkələrinə çağırış
››› Putindən NATO-ya təklif
››› Tramp: Mən Azərbaycan və Ermənistan arasında sülhə nail olacam
Son xəbərlər
Bütün xəbərlər »