Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polisin qaradərilini boğaraq öldürməsi ölkədə böyük qəzəbə səbəb oldu

ABŞ-da ayrı-ayrı vaxtlarda polislə qaradərililərin qarşıdurması gündəmə çevrilib.

Keçən il asayiş keşikçisinin qaradərilini öldürməsi böyük etirazlara səbəb olmuşdu. İndi də bənzər situasiya yaranıb.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın Minneapolis şəhərində polis qaradərilini boğaraq öldürüb. Sosial şəbəkələrdə yayılan videolarda hadisə aşkar əksini tapıb. İki asayiş keşikçisindən biri dizini üzüstə yerə yıxdığı qaradərilinin boynuna sıxıb. Həmin şəxsin özünü pis hiss etdiyi görünür. Ətrafdakılar polisin hərəkətinə etiraz edir. Hətta yoldan ötən ağdərililər də hadisəyə biganə qalmır. Amma asayiş keşikçilərindən ikincisi onların yaxınlaşmasına imkan vermir.

Polisin hərəkəti ABŞ-da böyük etirazlara səbəb olub. Qaradərililərin icması məsələyə sərt reaksiya verib. Etirazların yaxın günlərdə yalnız artacağı gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »