Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada koronavirusdan ölənlərin sayı 28 530-a çatıb

Fransada yeni növ koronavirus infeksiyasının qurbanlarının sayı 28 530 nəfərə çatıb, hazırda 16 264 nəfər hələ də xəstəxanalardadır.

Bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

“COVID-19 diaqnozu ilə 16 264 nəfər xəstəxanaya yerləşdirilib, bir həftə əvvəl bu rəqəm 18 468 nəfər idi. Son 24 saatda daha 318 nəfər xəstəxanaya müraciət edib”, - deyə idarə bildirib.

Yoluxanlardan 1555 nəfərin vəziyyəti ağır hesab olunur, onlar reanimasiya şöbələrinə yerləşdirilib.

“Epidemiyanın başlanğıcından bəri 100 841 nəfər xəstəxanaya çatdırılıb, onlardan 17 807 nəfəri isə reanimasiyalara yerləşdirilib. 65 879 nəfər evə buraxılıb. İndiyədək 28 530 nəfər dünyasını dəyişib, onlardan 18 195-i xəstəxanalarda, 10 335-i isə qocalar evlərində və digər tibbi-sosial müəssisələrdə ölənlərdir”, - məlumatda belə deyilir. (Apa.az)

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Martın 7-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »